Mərakeşdə Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi başa çatıb

Mərakeşdə Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi başa çatıb
20:57 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 16-21-də Mərakeş Krallığında keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi işini yekunlaşdırıb. 
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, Mərakeş şəhərində baş tutan konqresdə BMT-nin Avropa iqtisadi Komissiyasının ekspert qrupunun üzvü olan Almaniya və İsveçrənin statistika qurumlarının nümayəndələri ilə yanaşı, DSK-nın Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə də iştirak edib.
Dünya Statistika Konqresi çərçivəsində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə “Layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluq və keyfiyyətli iş yerləri: beynəlxalq standartlar çərçivəsində müqayisəlilik və milli təcrübələr” adlı sessiya da təşkil edilib. Sessiyanın məqsədi layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluq və işin keyfiyyəti üzrə beynəlxalq statistik standartlar çərçivəsində müxtəlif növ göstəricilər arasında fərqli cəhətlərin mövcudluğu və bununla bağlı müzakirələrin aparılmasıdır.
Beynəlxalq tədbirdə “Layiqli əməyin ölçülməsi:Azərbaycan təcrübəsi” mövzusuda təqdimat olub və bu sahədə görülmüş işlər haqqında məlumat verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/merakesde-beynelxalq-statistika-i-nstitutunun-61-ci-dunya-statistika-konqresi-basa-catib11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR