"Akkord" Korporasiyası Qazaxıstan Respublikasında 70.000.000 dollarlıq tenderin qalibi oldu

"Akkord" Korporasiyası Qazaxıstan Respublikasında 70.000.000 dollarlıq tenderin qalibi oldu
21:32 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

20 iyul 2017-ci ildə Qazaxıstan Respublikasının Astana şəhərində sifarişçisi Qazaxıstan Respublikasının Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tender keçirildi. Milli.Az bildirir ki, tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çin dövlətlərindən olan 9 yerli və xarici şirkət iştirak edirdi. Respublikamızı təmsil edən, yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəsi olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ümumi dəyəri 70 milyon dollar olan hər iki lotun tikintisi üzrə tenderin qalibi elan edildi.

Hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 4 ölkədə aktiv fəaliyyəti ilə seçilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR