İsrail əsgərləri namaz qılmağa gedən fələstinlilərə hücum ediblər -

Qüdsdə cümə namazı qılmağa gedən fələstinlilər İsrail ordusunun hücumuna məruz qalıb.

Metbuat.az-ın məlumatına görə, Məscid-i Aksaya gedən yollarda baş verən insidentlər nəticəsində küçələr müharibə meydanına dönüb. Nəticədə 1 nəfər dünyasını dəyişib, 50 nəfər isə yaralanıb.

İsrail ordusunun fələstinlilərə plastik mərmi, səs bombası və bibər qazı ilə müdaxilə etdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR