Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA

Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA
22:27 21 İyul 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Miçiqan Universiteti alimləri (ABŞ) sübut ediblər ki, suyun kifayət qədər istehlakı insana artıq çəki yığmamağa kömək edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırma zamanı alimlər 10 min insanın məlumatlarını təhlil ediblər.

Ümumdünya normalarına görə insan gün ərzində 10 stəkana qədər (təxminən 2 l) təmiz su içməlidir. Araşdırmada iştirak edən insanların 1/3 hissəsi daha az su içirdi və onların bədən kütləsinin indeksi kifayət qədər su içən insanlarla müqayisədə daha yüksək idi.
Diyetoloqlar hər 1 kq bədən çəkisinə görə 30 ml su içməyi tövsiyə edirlər.
Çəkini normada saxlamaq üçün diyetoloqlar yeməkdən 2-2,5 saat sonra 1-2 stəkan su içməyi tövsiyə edirlər. Bu "yalançı" aclığın əmələ gəlməsinin qarşısını alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/565399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR