Ağ Evin yeni mətbuat katibi müəyyənləşdi

Daha öncə Ağ Evin mətbuat katibi Şon Spayserin istefa verdiyi barədə məlumat vermişdik.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, yeni təyinat almış kommunikasiya üzrə direktor Entoni Skaramuççi Şon Spayseri kimin əvəzləyəcəyini açıqlayıb. O, Sara Sandersin Ağ Evin yeni mətbuat katibi olacağını bildirib.

Sanders daha öncə Spayserin müavini vəzifəsini tuturdu.

Xatırladaq ki, Şon Spayser prezident Donald Trampın Entoni Skaramuççini kommunikasiya üzrə direktor vəzifəsinə təyin etməsinin ardından istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR