Telefonunuzu kimlərin izlədiyini öyrənin

Mobil telefonun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edirik:

1) * # 06 #. İstənilən smartfonun IMEI nömrəsini bilməyə imkan verir. 

2) * # 21 #. Daxil edilmiş möbil nömrənin ünvanıı dəyişdirilməsi haqqında informasiya almaq olur — zənglər, mesajlar və başqa məlumatlar da bura daxildir. Əgər kimsə sizi güdürsə bu variantdan istifadə etməklə bunu müəyyən etmək olar. 

3) * # 62 #. Bu komandanın köməyi ilə siz telefonunuz söndürülmüş və şəbəkə əhatəsindən kənarda olduğu zaman nömrəyə daxil olan çağırışların ünvanını dəyişdirə bilərsiniz. 

4) # # 002 #. Zənglərin istənilən ünvanını dəyişmək xidmətini dayandırır. Beləliklə, zəngləri yalnız siz qəbul edə bilərsiniz. 

5) * # 30 #. Zəng edən abunəçinin nömrəsinin təyin edilməsi barədə informasiya verir. 

6) * # 33 #. Xidmətlərin (zənglər, SMS və başqa məlumatlar) bloklanması haqqında informasiyanı göstərir. 

7) * # 43 #. Gözləmədə olan çağırış haqqında informasiyanı əks etdirir.( Azadqadın)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR