"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"
23:42 21 İyul 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Filippe Koutinyo "Barcelona"nın maraq dairəsində qalmaqda davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qırmızılar"ın baş məşqçisi Yurqen Klopp son açıqlamasında braziliyalı futbolçunun satılmayacağını vurğulayıb.

"Koutinyo satılmır. Bu qərar dünən və ya səhər tezdən qəbul edilməyib. Həmişə bunu demişəm. Filippe komandamız üçün vacib futbolçudur. O, forma yığmalıdır. Koutinyonun keyfiyyətinə heç bir şübhə yoxdur O, ağıllı və yaxşı mənada hiyləgər futbolçudur. Mən bura gələndən nəzərəçarpacaq dərəcədə artırıb. Başqa klubların "Liverpool" futbolçuları ilə maraqlanması məni təəccübləndirmir. Birgə işə inanırıq. İrəli addım atmaq üçün birliyi qorumaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR