İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO
23:57 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Fransanın "NAVYA" şirkəti ilk elektrik sürücüsüz "ARMA" mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "lidar" optik ötürücüləri, hərəkət ötürücüləri, "GPS" naviqasiya sistemi və kameralarla təchiz edilən elektroavtobus yolda hərəkət edərək digər avtomobilləri, ağac və piyadalar üçün yol nişanlarını fərqləndirə bilir. Yeni nəqliyyat vasitəsinin sürəti aşağı olsa da, ondan taksi kimi istifadə etmək mümkündür.

"ARMA" artıq Fransa Atom Elektrik Stansiyasının əməkdaşlarını bir dəfəyə 15 sərnişin olmaqla təyinat yerinə çatdırmağa başlayıb.

Qeyd olunur ki, mikroavtobus dizellə işləyən digər analoqlarından daha qənaətcildir. Çünki elektroavtobusa texniki xidmət üçün az vəsait tələb olunur, həmçinin elektrik enerjisi benzin və ya solyar yağından ucuzdur, işə sürücü götürməyə isə ehtiyac yoxdur.

Elektroavtobusun qiyməti açıqlanmasa da, nəqliyyat vasitəsinin təkcə AES əməkdaşları üçün deyil, hamıya gərəkli olacağı bildirilir.

Şirkətin məlumatına görə, yaxın vaxtlarda yığılmasına başlanılacaq avtobusların tədarükləri bu ilin üçüncü rübünə planlaşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/565543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR