Sudan daha faydalı içkilər - SİYAHI

Sudan daha faydalı içkilər - SİYAHI
00:05 22 İyul 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

İsti havalarda bol maye xüsusilə də su içməyin vacibliyini hər kəs bilir. Amma bəzi içkilər var ki, onların sağlamlıq üçün faydası sudan belə çoxdur. Milli.Az ailem.az-a istinadən həmin içkilər barədə sizə məlumat verir.

Aloe suyu

Antioksidantlarla zəngin olan və qida mütəxəssisləri tərəfindən də tövsiyə olunan aloe həzm, yara bitişməsində möcüzəvi təsirə malikdir.
 
Xlorofil suyu

Adını bəlkə də ilk dəfə duyacağınız xlorofil suyu tərkibindəki meyvə nektarı və bitkilərə rəngini verən xlorofil maddəsinə görə bir stəkanı ilə 4 stəkan ispanaqdan belə, daha çox antioksidantla zəngindir.
 
Kakos suyu

Kakosun südü qədər suyu da faydalıdır. Təbii kakos da zəngin potasium tərkibi sayəsində sudan daha çox qidalandırıcıdır. Amma diqqət etmək lazımdır ki, şəkər tozu əlavə edilməmiş olsun.
 
Probiotik su
 
Sağlam bağırsaqlar istəyirsinizsə, probiotik su işməlisiniz. Ağrısız işləyən bağırsaqların yolu probiotik sulardan keçir. Həm də bu qarışımlar sizi gün ərzində susuzluq hiss etmədən enerjili saxlayacaq.
 
Meyvəli su

Suyun içinə atacağınız alma, limon, şaftalı kimi hər meyvə qüvvətli bir antioksidant xüsusiyyətinə sahibdir. Burada əhəmiyyət verilməli məsələ meyvə suyu ilə meyvəli suyu qarışdırmamaqdır.
 
Çuğundur suyu
 
Potasium, B vitamini, maqnezium və dəmir qaynağı olan çuğundur suyu tərkibindəki şəkər səviyyəsinə baxmayaraq, içə biləcəyiniz ən faydalı içkilərdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/565544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR