"Brent" markalı neftin qiyməti təxminən 3% düşüb

"Brent" markalı neftin qiyməti təxminən 3% düşüb
04:02 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Neftin dünya qiymətləri "OPEK +"un Nazirlər Komitəsinin görüşü ərəfəsində aşağı düşməyə başlayıb.
"Report" xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Bakı vaxtı ilə saat 23:30 üçün "Brent" markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barelə görə 2,90% ucuzlaşaraq 47,87 dollara düşüb.
WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə bir barelə görə 2,79% ucuzlaşaraq 45,61 dollara enib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-markali-neftin-qiymeti-texminen-3-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR