Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"

Pentaqon rəhbəri: "İŞİD lideri Əl-Bağdadi sağdır"
06:37 22 İyul 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Pentaqon rəhbəri Ceyms Mettis bildirib ki, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi çox güman sağdır.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Düşünürəm ki, o sağdır, onu öldürdüyümüzü bildiyim zaman başqa cür düşünəcəyəm. Amma, hələlik biz onu axtarırıq. Güman edirəm ki, o sağdır", - deyə C.Mettis bildirib.
Rusiyanın Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin çox güman ki, öldürüldüyünü bəyan edib. Lakin idarədən bildirilib ki, bu məlumatlar müxtəlif kanallar vasitəsilə hələ yoxlanılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pentaqon-rehberi-i-si-d-lideri-el-bagdadi-sagdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR