Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib

Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib
07:07 22 İyul 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 22 iyul. REPORT.AZ/ Yevlax rayonunda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib.
"Report”un Şirvan bürosu xəbər verir ki, qəza Yevlax-Gəncə avtomobil yolunun rayonun Aran qəsəbəsindən-Gorana gedən hissəsində, Qarabağ kanalından keçən körpü yaxınlığında baş verib.
Belə ki, qarpızla dolu "MAN" markalı yük maşını aşaraq magistral yolu bağlayıb. Tam dəqiqləşdirilməmiş ilkin məlumata görə, qəza zamanı sürücü və bir nəfər sərnişin xəsarət alıb.
Yolun bir hissəsi hələ də qapalıdır.
Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-qarpiz-dasiyan-yuk-masini-asaraq-yolu-kesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR