Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO

Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO
08:12 22 İyul 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, qəzanı Abbasov Emin Elçin oğlu törədib.
O, "99-BB-866" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobildə Hüseyn Cavid prospekti ilə hərəkətdə olarkən H.Cavid parkının ətrafındakı dairəyə daxil olmaq əvəzinə, Elmlər Akademiyası metrostansiyası istiqamətində əks gedib.
Nəticədə "Hyundai" qarşıdan gələn və Hüseynov Mətin Adil oğlunun idarə etdiyi "Audi" markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, "Audi" markalı avtomobilə ziyan dəyib.
Hadisəni törədən sürücü Yol Patrul Xidməti əməkdaşlarına fikirli olduğu üçün idarəetməni itirdiyini bildirib. Buna baxmayaraq, yol polisi əməkdaşları hadisəni törədən sürücünü sərxoşluğun yoxlanılması məntəqəsinə aparıblar. Müayinə zamanı onun sərxoş olmadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR