Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib - FOTO

Yevlaxda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib - FOTO
08:17 22 İyul 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunda qarpız daşıyan yük maşını aşaraq yolu kəsib.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza Yevlax-Gəncə avtomobil yolunun rayonun Aran qəsəbəsindən-Gorana gedən hissəsində, Qarabağ kanalından keçən körpü yaxınlığında baş verib.
Belə ki, qarpızla dolu "MAN" markalı yük maşını aşaraq magistral yolu bağlayıb. Tam dəqiqləşdirilməmiş ilkin məlumata görə, qəza zamanı sürücü və bir nəfər sərnişin xəsarət alıb.
Yolun bir hissəsi hələ də qapalıdır.
Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR