İŞİD lideri Əl-Bağdadi sağdır

İŞİD lideri Əl-Bağdadi sağdır
08:27 22 İyul 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon rəhbəri Ceyms Mettis bildirib ki, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi çox güman sağdır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Düşünürəm ki, o sağdır, onu öldürdüyümüzü bildiyim zaman başqa cür düşünəcəyəm. Amma, hələlik biz onu axtarırıq. Güman edirəm ki, o sağdır", - deyə C.Mettis bildirib.
Rusiyanın Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin çox güman ki, öldürüldüyünü bəyan edib. Lakin idarədən bildirilib ki, bu məlumatlar müxtəlif kanallar vasitəsilə hələ yoxlanılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR