Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb
08:32 22 İyul 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaşda Tuqay meşəsi zonasında atıcılıq imkanları dəyişdirilmiş qanunsuz silah aşkar edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, mexanizmi dəyişdirilmiş tüfəng barədə polisə çoban məlumat verib.
Hadisə Ağdaş Meşələrin Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları Tuqay meşəsində qanunsuz təsərrüfatların sökülməsi prosesini həyata keçirdikləri zaman qeydə alınıb.
Əldə edilən məlumata görə, silahın tapılmasından xəbər tutan çoban onun yad əllərə düşə biləcəyindən narahat olaraq dərhal polisə məlumat verib. Tapıntı yerinə gələn Polis əməkdaşları atıcı silahı təhvil alaraq rayon şöbəsinə aparıblar.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR