Bakıda kişi özünü şadlıq sarayının qarşısında bıçaqlayıb

Bakıda kişi özünü şadlıq sarayının qarşısında bıçaqlayıb
08:37 22 İyul 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda şadlıq evinin qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, gecə saatlarında 3 saylı Kliniki Tibbi Mərkəzə bıçaq xəsarətləri alan 32 yaşlı kişi gətirilib.
Məlum olub ki, bu, Məmmədov Ramal Məmməd oğludur. İki bıçaq xəsarəti alan R.Məmmədovu həkimlər cərrahi əməliyyat edərək Reanimasiya şöbəsinə yerləşdiriblər. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə Nizami rayonunun Məhsəti küçəsində yerləşən Xudafərin şadlıq evinin qarşısında qeydə alınıb. R.Məmmədov Reanimasiya şöbəsində bildirib ki, o, özü-özünə xəsarət yetirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşlarına məlumat verilib.
Hadisənin dəqiq başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR