Paytaxtda piyada keçidinə məhəl qoymayan qadını maşın vurub

Paytaxtda piyada keçidinə məhəl qoymayan qadını maşın vurub
08:47 22 İyul 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Abşeron rayonunda piyada keçidindən keçməyən qadını maşın vurub.
"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Masazır qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Heybətova Ülkər Qəhrəman qızı piyada keçidindən istifadə etməyərək yolu keçərkən, onu minik avtomobili vurub. Nəticədə Ü.Qəhrəmanova müxtəlif bədən xəsarətləri alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/paytaxtda-piyada-kecidine-mehel-qoymayan-qadini-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR