Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər
09:22 22 İyul 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinin Soçidə keçirilən görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
"Report" xəbər verir ki, görüşdə beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. Prezidentlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. 
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-ve-rusiya-prezidentleri-dagliq-qarabag-munaqisesinin-helli-ile-bagli-meseleler-muzakire-e

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR