Azərbaycan dilində qarşılığı olmayan 18 maraqlı ifadə

Azərbaycan dilində qarşılığı olmayan 18 maraqlı ifadə
09:52 22 İyul 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər hər gün yuyunursunuzsa, bu yazılanlara mütləq nəzər salın.

Bu sözlər Azərbaycan dilində yoxdur.

Milli.Az pahoo.az-a istinadən sözügedən sözləri təqdim edir:

1. Kilig (Taqal dili) - Romantik bir hadisə baş verəndə mədənizdə kəpənəklərin uçduğu hissinin yaranması.

2. Boketto (Yapon dili) - Bir mənzərəni heç bir mənası olmadan və bir şey ifadə etməyə çalışmadan seyr etmək.

3. Ya'arburnee (Ərəb dili) - Çox dərindən sevdiyiniz biri olmadan yaşaya bilməyəcəyinizi düşündüyünüz üçün ondan öncə ölmək istəyinizi ifadə etmək. Söz "məni basdır" olaraq tərcümə oluna bilər.

4. Depaysement (Fransız dili) - Öz vətənində yaşamamaq, yaşadığın yerdə yad olmaq hissi.

5. Jayus (İndoneziya dili)- Çox uğursuz, gülməli olmayan və insanı məhz bu səbəbdən güldürən zarafat.

6. Culaccino (İtalyan dili)- Stəkanı stoldan götürdükdən sonra aşağısında qalan mayenin izi.

7. Greng-jai (Tai dili)- Bir insanın sizin üçün özünə ziyan edəcək yaxşılıq etməyini istəməməyiniz hissi.

8. Mecolek (İndoneziya dili)- Birinin çiyninə zarafatca vuraraq "təlxəklik" etmək.

9. Pana Po'o (Havay dili)- Başınızı unutduğunuz bir şeyi xatırlamaq məqsədi ilə qaşımaq.

10. Chi Ku (Çin dili)- "Qəzəbini yemək". Bir insanın çətinliklərinə baxmayaraq qəzəbli insan olmamaq bacarığı.

11. Gigil (Taqal dili)- Qarşıqoyulmaz dərəcədə şirin olan birini çimdikləmək istəyi.

12. Kyoikumama (Yapon dili)- Bezmədən öz övladlarının akademik uğuruna təkan verən ana.

13. Cafune (Braziliyanın Portuqal dili)- Barmaqlarınızla birinin saçına nəzakətlə oxşamaq.

14. Yakamoz (Türk dili)- Ay işığının suda əks olunmağı.

15. Pochemuchka (Rus dili)- Çoxlu sual verən insan.

16. Verschlimmbessern (Alman dili)- Bir problemi düzəltməyə çalışarkən daha da pis etmək.

17. Zhaghzhagh (Fars dili)- Soyuqdan donarkən dişlərin titrəyərək bir-birinə toxunması.

18. Layogenic (Taqal dili)- Uzaqdan yaxşı görünən, amma yaxınlaşanda nə qədər pis olduğunun fərqinə vardığımız bir şey.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR