Azərbaycanın tikinti şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub

Azərbaycanın tikinti şirkəti Qazaxıstanda yol tikintisi üzrə tenderin qalibi olub
10:12 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Qazaxıstanın Astana şəhərində sifarişçisi Qazaxıstan Respublikasının Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tender keçirib.
"Report"un məlumatına görə, tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çin dövlətlərindən olan 9 yerli və xarici şirkət iştirak edib.
Azərbaycanı təmsil edən, yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəsi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ümumi dəyəri 70 milyon dollar olan hər iki lotun tikintisi üzrə tenderin qalibi elan edilib.
Qeyd edək ki, hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyəti ilə seçilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanin-tikinti-sirketi-qazaxistanda-yol-tikintisi-uzre-tenderin-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR