Samsung UHD TV Curved-dən real 4К keyfiyyətli təsvir

Samsung UHD TV Curved-dən real 4К keyfiyyətli təsvir
10:12 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bir "W" hərf fərqi nəyisə dəyişə bilərmi? Əlbəttə, bilər! Belə ki, Samsung-un RGB matrisası ilə işləyən yeni televizorları qəbul edilən siqnalın keyfiyyətindən asılı olmayaraq, dəqiq və parlaq təsvir canlandırır. RGB - "qırmızı", "yaşıl" və "göy" rənglər üzərində qurulmuş matrisadır ki, bu matrisanın adı da elə buradan irəli gəlir - RedGreenBlue (RGB). İnsan gözünün anatomiyası elə qurulub ki, bizim optik sinirlərimizin 98% faizi qırmızı və yaşıl rəngə daha çox reaksiya verir. Yeni UHD TV Curved televizorlarında da elə bu özəllikdən istifadə olunur, palitranın əlavə rəngləri isə bu 3 rəngin birləşməsindən yaranır. WRGB matrisasında isə artıq bizə tanış üç rəngə ağ rəngdə əlavə olunur (White). Dördüncü rəngin əlavə edilməsinin təsvir parlaqlığını artırmasına baxmayaraq, şəkil keyfiyyətini nəzərə çarpacaq dərəcədə azaldır. Dörd rəngin birləşməsindən əldə olunan palitrada detalizasiyanın azalması ilə yanaşı, "torlu" görüntü effekti də yaranır UHD TV Curved televizorlarında isə əksinə, görüntü maksimal dərəcədə realistik və canlıdır.

İki matrisa arasında fərqi isə, eyni sayda pikseldən ibarət ekranda RGB matrisalı displeyin görüntüsününWRGB matrisalı televizordan daha keyfiyyətli olması ilə də izah etmək olar. Belə ki, WRGB matrisasında piksel səthin 25%-i ağ rəngli subpiksellərə sərf olunur. Ağ subpiksellərisə öz növbəsində əlavə rəng çalarları yaratma qabiliyyətinə malik olmadıqları üçün, təsvirin detalizasıyası "pozulur" və görüntünün keyfiyyəti azalır. Samsung UHD TV Curvedtelevizorlarında təsvir böyüdüldükdə belə, görüntü aydın qalır. Tele-efirə verilən siqnalın rəng əhatəsinin əsaslı şəkildə kiçildilməsi faktını hesaba alsaq, həcmi böyük adi ekranda belə siqnalın görüntüsü dəqiqliyini itirəcək, lakin UHDTV Curved ilə bu hal baş vermir. Belə ki, Samsung UHD TV Curved televizorları keyfiyyətindən asılı olmayaraq hər növ sıqnalı, təsvir xüsusiyyətlərini itirmədən, UHD keyfiyyətinə maksimal dərəcədə yaxın formata avtomatik olaraq dəyişir. RGB matrisalı UHD TV Curved televizorlarını seçərək siz aşağıda qeyd edilən üstünlüklər əldə edirsiniz:

  • Yaxşılaşdırılmış parlaqlıq. Otaqda olan işıqlandırmadan asılı olmayaraq təsvir parlaq və dolğun qalacaq. UHD TV Curved-ın dinamik parlaqlıq diapazonu indi daha genişdir. Rəng çalarlarının ötürülmə diapazonu isə daha çox rəng ötürmə qabiliyyətinə malikdir. UHD TV Curvedən incə rəng çalarlarını əks etdirərək həm işıqlı, həm də qaranlıq səhnələri dolğun şəkildə seyr etməyə imkan yaradır. İndi hər bir detal və obyekt dəqiq və aşkardır.

  • Realistik rəng ötürülməsi. Ekranda gördüyünüz təsvir inanılmaz təbii rəng ötürülməsi sayəsində sanki canlanır.Daha zəngin rəng palitrası daha çox detal seçməyə imkan yaradır. TV əyləncə aləminə daxil olun, dəqiq və təbii ifadə olunan rəng çalarlarından həzz alın.  Heyrətlənməyə hazır olun.

  • Təkmilləşdirilmiş detalizasiya. Yeni televizor ən parlaq və qaranlıq səhnələrdə belə detalizasiyanı maksimallaşdıraraq, təsvirin istənilən obyektini asanlıqla seçməyə imkan yaradır. UHD TV Curved - "yayılmış" effektli görüntü yaratmayan, dəqiq təsvir deməkdir.

Samsung-un təsviri daha canlı, parlaq və dolğun canlandıran yeni nəsil UHD TV Curved televizorları qüsursuz keyfiyyətli görüntü və seyr dolğunluğuna qiymət verənlərə daha çox gözəl hiss və emosiya yaşadacaq. Samsung UHD TV Curved televizorları haqqında əlavə məlumatı: Baku Electronics, Kontakt Home, Maxi.az, Optimal və Soliton mağazalar şəbəkəsindən əldə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/565660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR