"Fitch" Türkiyənin kredit reytinqini təsdiqləyib

"Fitch" Türkiyənin kredit reytinqini təsdiqləyib
10:27 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli xarici valyutada kredit reytinqini "BB+" səviyyəsində təsdiq edib.
"Report" xəbər verir ki, reytinq üzrə proqnoz isə "stabil" səviyyəsində qalıb.
"Fitch" Türkiyənin uzunmüddətli yerli valyutada kredit reytinqini isə "BBB-" səviyyəsində saxlanılıb.
Türkiyənin qısamüddətli xarici valyutada kredit reytinqi yenidən "B", yerli valyutada isə "F3" səviyyəsində təsdiqlənib.
"Fitch"in məlumatında qeyd olunur ki, Türkiyənin kredit reytinqi yüksək səviyyədə xarici maliyyə təsirinə həssaslıq, müəyyən siyasi və geopolitik risklər, yüksək inflyasiya və makroiqtisadi volatillik fonunda aşağı dövlət borcu və güclü iqtisadi artım ilə balanslaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fitch-turkiyenin-kredit-reytinqini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR