Türkiyə PKK-nın “beynini” öldürüldü - FOTO

Türkiyə PKK-nın “beynini” öldürüldü - FOTO
10:28 22 İyul 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatının “beyni” hesab olunan terrorçunun bir il əvvəl öldürüldüyü məlum olub.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, “Serdem” kod adlı Fayık Güçlü Türkiyənin Şırnak vilayətində yerləşən Kato dağında 2016-cı il oktyabrın 4-də keçirilən hava əməliyyatında öldürülülüb.

O, PKK-nın “hərbi qanadı” olan HPG-nin “hərbi şura”sının üzvü idi. Onunla birlikdə 6 mühafizəçi öldürülüb.

Türkiyə Daxili İşlər Nazirliyinin “narıncı siyahı”sında adı olan Fayık Güclünün başına 600 min lirə mükafat qoyulmuşdu.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR