Boks üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər

Boks üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər
10:37 22 İyul 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu rusiyalı promouter Vladimir Xryunov bildirib.
Görüşün oktyabrın 2-də V.Xryunovun təmsil etdiyi rusiyalı Aleksandr Ustinovla puertorikalı Fres Okendo arasında təşkil olunması planlaşdırılır: “Biz Ustinovla Okendonun döyüşünün Bakıda keçirilməsini müzakirə edirik. Həmçinin Zab Cudanın da döyüşünü orada təşkil etmək istəyirik”.
Z.Cuda azərbaycanlı Ramal Amanovla qarşılaşacaq.
Qeyd edək ki, Aleksandr Ustinovun hesabında 34 (25 nokaut) qələbə və 1 məğlubiyyət var. Fres Okendoda isə 37 (24 nokaut) görüşdə qalib gəldiyi halda, 8 dəfə uduzub.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/boks-uzre-superagir-cekide-dunya-cempionu-titulu-ugrunda-doyus-bakida-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR