Cəbhə zonasında AĞIR DÖYÜŞLƏR: bir ölü, iki yaralı

Cəbhə zonasında AĞIR DÖYÜŞLƏR: bir ölü, iki yaralı
10:43 22 İyul 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Son gün ərzində Ukraynanın Donbas bölgəsində yaradılan separatçı qurumların hərbi birləşmələri Ukrayna anti-terror güclərinin mövqelərinə 11 dəfə atəş açıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda anti-terror qərargahının mətbuat mərkəzindən bildirilib.

Qnutovo və Şirokinoda yerləşən mövqelərin atəşə tutulması nəticəsində bir Ukrayna hərbiçisi ölüb, 2-si yaralanıb.

Xatırladaq ki, iyulun 19-da baş verən döyüşdə səkkiz Ukrayna hərbi qulluqçusu həlak olub, biri isə əsir düşüb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR