Rusiyada baş verən avtomobil qəzasında iki Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyada baş verən avtomobil qəzasında iki Azərbaycan vətəndaşı xəsarət alıb
10:52 22 İyul 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Rusiyanın Stavropol vilayətində Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobus aşıb.
"Report"un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində iki nəfər ölüb, ikisi Azərbaycan vətəndaşı olmaqla dörd nəfər isə xəsarət alıb.
Rusiya Dövlət Yol Polisindən bildirilib ki, qəzaya səbəb mikroavtobusun arxa təkərinin yerindən çıxması olub. Qəza nəticəsində mikroavtobus dərəyə aşıb. 
Polisin məlumatına görə, mikroavtobusu idarə edən 27 yaşlı Azərbaycan vətəndaşı bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmayıb və dörd illik sürücülük təcrübəsinə malikdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyada-bas-veren-avtomobil-qezasinda-iki-azerbaycan-vetendasi-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR