Bu müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçiriləcək

Bu müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçiriləcək
11:37 22 İyul 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

"2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. Azərbaycanda 140 mindən artıq müəllim diaqnostik qiymətləndirmədə iştirak edib".

Milli.Az xəbər verir ki, bunu APA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 35%-dək artıb: "Bu, bütövlükdə pedaqoji ixtisasa sahib olan şəxslərin məvaciblərinin bu illər ərzində ən böyük artımıdır". 
 
C. Valehov bu və ya digər səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin olduğunu xatırladıb. Sektor müdiri qeyd edib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra həmin müəllimlər üçün avqustda diaqnostik qiymətləndirmə keçiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR