"YARAT Freestyle" proqramı çərçivəsində yoqa festivalı keçiriləcək

"YARAT Freestyle" proqramı çərçivəsində yoqa festivalı keçiriləcək
11:57 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ YARAT Müasir İncəsənət Məkanı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə birgə "YARAT Freestyle" proqramı çərçivəsində iyulun 23-də açıq havada iri miqyaslı yoqa festivalı günü təşkil edəcək. 
"YARAT"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bayıl Bulvarında baş tutacaq festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.
Festival səhər saat 10:00-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayacaq. Gün ərzində festival çərçivəsində müxtəlif tədbirlər də təşkil olunacaq.
Tədbir zamanı Xəzər dənizi sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, FLY yoqa təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək.
Festivalın proqramına əsasən, saat 10:00-dan 10:40-dək yaşıl qazonda yoqa, 11:00-dan 19:00-dək 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, FLY yoqa, canlı musiq və DJ-lərin çıxışı, 13:00-dan 15:00-dək vegetarian mətbəxi, 19:00-dan 22:00-dək musiqili çıxışlar və alovlu şou təşkil olunacaq. 
Qeyd edək ki, festivalın iştirakçıları "Yoga Shahi" studiyası, "The Art Of Living" Beynəlxalq Fondu, "Chandramukhi" Hind rəqs studiyası və "Sevimli bala" uşaq təşkilatıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/yarat-freestyle-proqrami-cercivesinde-yoqa-festivali-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR