Sumqayıtda parklardan gülləri oğurlayan şəxs tutuldu - FOTO - VİDEO

Sumqayıtda parklardan gülləri oğurlayan şəxs tutuldu - FOTO - VİDEO
12:05 22 İyul 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda güllərə qənim kəsilən şəxs ifşa olunub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Corat qəsəbəsi, ev 166-da yaşayan 51 yaşlı Sabir Sadiqov saxlanılıb.

Əvvəllər də məhkumluq həyatı yaşayan Sadiqov şəhərin estetik görünüşü üçün əkilən gülləri kökündən çıxararaq satırmış. O ilkin ifadəsində, hadisəni gecə saatlarında törətdiyini və əməlindən peşman olduğunu deyib.

Sabir Sadıqov - Saxlanılan şəxs: "Uşaq deyiləm, 51 yaşım var. Bu, mənə yaraşan bir şey deyil".

Faktla bağlı Sumqayıt şəhər polis idarəsində özgənin əmlakını talama və ziyan vurma maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtda 51 yaşlı gül oğrusu saxlanıldı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR