Almaniya qaçıb gizlənmiş azərbaycanlı jurnalisti deportasiya edir

Almaniya qaçıb gizlənmiş azərbaycanlı jurnalisti deportasiya edir
12:12 22 İyul 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniya azərbaycanlı jurnalist Rüzgar Mövsümə siyasi sığınacaq verməkdən imtina edib. Jurnalist kimi fəaliyyəti barədə məlumatların az olduğu bu şəxsə Azərbaycan hökumətinin tənqidi və hətta oğlunu dahi alman yazıçısı Erix Mariya Remarkın şərəfinə Erix adlandırması da kömək olmayıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, "Pfalts-Ekspress" nəşri yazır ki, Rüzgar Mövsüm ötən il guya "Azərbaycanda mövcud olan qeyri-insani şəraitdən" qaçıb və özü ilə həyat yoldaşı və iki uşağını da götürüb. Nəşr bildirir ki, Rüzgar Mövsüm Azərbaycanda daim hakimiyyəti tənqid edən "məşhur jurnalist" olub və bu hal ona mane olmayıb ki, 2005-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvü olsun.

Sözügedən nəşrə verdiyi müsahibədə jurnalist bildirir ki, o, tənqidi məqalələrinə görə ailə üzvlərinə edilən hədə-qorxular üzündən Azərbaycandan qaçmağa məcbur olub. Gecə ikən həyat yoldaşını və uşaqlarını Gürcüstana aparıb, oradan isə özü Budapeştə yollanıb.

Artıq Budapeştdə olarkən Rüzgar Mövsüm Almaniyadan siyasi sığınacaq almaq fikrinə düşür. Lakin Almaniya hakimiyyəti jurnalistin tarixçəsinə şübhə ilə yanaşıb və siyasi sığınacaq verməkdən imtina edib. İndi Rüzgar Mövsümün və onun ailəsinin Azərbaycana deportasiya ediləcəklərini gözləməkdən başqa çarələri qalmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/565697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR