Neymar PSJ-də: fantastik transfer, 322 milyonluq müqavilə

Neymar PSJ-də: fantastik transfer, 322 milyonluq müqavilə
12:57 22 İyul 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Neymarın PSJ-yə transferi ilə bağlı xəbərlər gündəmdən düşmür. Fanat.Az xəbər verir ki, növbəti iddia "Barselona"ya yaxınlığı ilə tanınan "Sport" qəzetindən gəlib.


Bildirilir ki, Neymar PSJ-yə keçməyə çox yaxındı. Paris klubu "Barselona"ya 222 milyon avro transfer haqqı, futbolçunun özünə 100 milyon avro imza haqqı və illik 30 milyon avro maaş təklif edir. Yəni fransızlar Neymarın transferinə maaşdan başqa 322 milyon avro xərcləyəcək.



Fransanın "Le Parisien" qəzeti isə başqa iddia ilə çıxış edib. Qəzet yazır ki, Neymar dünən komanda yoldaşlarına PSJ-yə keçə biləcəyini bildirib.


Başqa bir iddiaya görə isə Neymar artıq fransızlarla razılığa gəlib. Onun iyulun 24-ü və ya 25-də rəsmi müqavilə imzalaması gözlənilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neymar-psj-d-fantastik-transfer-322-milyonluq-muqavil-t59449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR