Prodüser Tolikdən gizli evlilik qərarı: "Könül sevən göyçək olar"

Prodüser Tolikdən gizli evlilik qərarı: "Könül sevən göyçək olar"
13:05 22 İyul 2017
106 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış prodüser Tarix Əliyev (Tolik) şəxsi həyatından danışıb.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən prodüser hamıdan gizlin ailə quracağını deyib:

"Mən evlənəndə heç kim bilməyəcək. Bir onu eşidəcəksiz ki, Tolik evlənib. Çünki qorxuram. Şou-biznesdə evlənənlərin aqibətini görürsünüz, yüz cür söz yazırlar. Natəvan nişanlandı, başladılar ağızlarına gələni yazmağa. Bizdə tanınmışları çox sıxırlar."

Prodüser kasıb qızla ailə quracağını bildirib:

"Mən kasıb, imkansız qızla evlənəcəm, ondan cehiz də istəməyəcəm. Yaraşıqlı olmasa da qəbulumdur, könül sevən göyçək olar. Bir də qız gərək məndən 5-6 yaş kiçik olsun...".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/565702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR