FHN: Azərbaycan Kooperasiya Universitetindəki yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur

FHN: Azərbaycan Kooperasiya Universitetindəki yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur
13:07 22 İyul 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Kooperasiya Universitetində baş verən yanğın barədə məlumat yayıb. 
"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. 
FHN-dən bildirilib ki, hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. 
Məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fhn-azerbaycan-kooperasiya-universitetindeki-yanginin-imtahan-geden-binaya-kecme-ehtimali-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR