Daha bir dünya ulduzu Türkiyə klubunda

Daha bir dünya ulduzu Türkiyə klubunda
13:17 22 İyul 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Pepeni heyətinə qatan, Marselonu "Lion"a satan "Beşiktaş" daha bir dünya ulduzunu heyətinə qatır. Fanat.Az xəbər verir ki, Marselonun gedişindən sonra müdafiənin mərkəzinə futbolçu axtaran "Qara Qartal" Miranda ilə danışıqlar masasına oturub.


Bildirilir ki, klub rəhbərliyi ilə braziliyalı futbolçu artıq bütün məsələləri həll edib. Özü də "Beşiktaş" bu keçidə görə transfer haqqı ödəməyəcək. Braziliyalı futbolçu "İnter" rəhbərliyi ilə görüşərək klubun ona olan borcları qarşılığında transfer vərəqinin verilməsini istəyəcək.


Qeyd edək ki, tam adı Joao Miranda de Souza Filyo olan futbolçu ötən yay "Atletiko"dan "İnter"ə 9 milyon avroya transfer olunub. 32 yaşlı mərkə müdafiəçisi indiyədək Braziliya millisində 39 oyun keçirib və 1 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-daha-bir-dunya-ulduzu-turkiy-klubunda-t59450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR