DBNX: Ukrayndan Azərbaycana gətirilən dondurulmuş toyuq əti bütün gigiyenik tələblərə uyğundur

DBNX: Ukrayndan Azərbaycana gətirilən dondurulmuş toyuq əti bütün gigiyenik tələblərə uyğundur
13:37 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında Azərbaycana idxal edilən dondurulmuş toyuq ətinin tərkibində normadan artıq zərərli baytarlıq preparatların aşkarlanması ilə bağlı yayılan məlumatlar əsasızdır. 
Bu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətindən (DBNX) "Report"a daxil olan məlumatda bildirilib. 
Xidmətdən əlavə olunub ki, bununla əlaqədar Azərbaycana idxal olunan bütün heyvan, heyvanmənşəli, o cümlədən toyuq məhsullarının hamısı qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərin ekspertizası aparıldıqdan və məhsul idxal olunduqdan sonra laboratoriya müayinəsi aparılır: "Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə əsasən, heyvan mənşəli məhsulların laboratoriya müayinəsi həyata keçirilir".
Sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olaraq, ölkəyə idxal edilən bütün heyvanmənşəli və quşçuluq məhsulları mikrobioloji, toksiki elementlər, antibiotiklər, pestisidlər, hormonal preparatların qalıq miqdarı və radionuklitlər görə yoxlanılır. Aparılan müayinələrin nəticəsinə əsasən, həmin məhsullarda heç bir əlavə, normadan artıq baytarlıq preparatları, insan orqanizmi üçün zərərli qalıq maddələr aşkar edilməyib və bütün göstəricilər gigiyenik tələblərə uyğun olub. Məhsullarda nəmliyin yoxlanılması isə Səhiyyə Nazirliyinin qaydalar və normativlərində nəzərdə tutulmayıb.
"Ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına, eləcə də quş ətlərinə nəzarət olunur,məhsullar idxal edildikdən və laboratoriya müayinəsi aparıldıqdan sonra istifadə olunur", - deyə DBNX-dən bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/dbnx-ukrayndan-azerbaycana-getirilen-dondurulmus-toyuq-eti-butun-gigiyenik-teleblere-uygundur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR