"Qarabağ"ın oyununa təyinat alan referi üçüncü dəfə Bakıya gələcək

"Qarabağ"ın oyununa təyinat alan referi üçüncü dəfə Bakıya gələcək
14:27 22 İyul 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Ağdamın "Qarabağ" komandasının Moldovanın "Şerif" klubu ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun baş hakimi Sergey Tsınkeviç Bakıya üçüncü dəfə səfər edəcək.
"Report" məlumatına görə, belaruslu referi Azərbaycan klublarının avrokuboklarda 4-cü oyununu idarə edəcək.
Tsinkeviç birinci dəfə "Qarabağ"ın 2014-2015 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Malta "Valletta"sı ilə Bakıda keçirdiyi ilk oyunda iş başında olub. 22 iyul 2014-cü ildə meydan sahiblərinin 4:0 hesablı qələbə qazandıqları matçda 41 yaşlı baş hakim qonaqların 2 futbolçusunu meydandan qovub. Eyni zamanda "Qarabağ"ın 1, "Valletta"nın 4 oyunçusu sarı vərəqə alıb.
Növbəti səfər 2016-2017 mövsümündə "Neftçi"nin Makedoniya "Şkendiya"sı ilə Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirdiyi ilk qarşılaşmaya təsadüf edib. 2016-cı il iyulun 14-də Bakıda qolsuz nəticələnən matçda Tsınkeviç meydan sahiblərindən 1, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib.
Nəhayət, cəmi 9 gün öncə - iyulun 13-də o, "Zirə"nin Rumıniyada "Astra" ilə oynadığı Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünün baş hakimi olub. Yerli komandanın 3:1 hesablı qələbə qazandığı görüşdə Tsınkeviç meydan sahiblərinin 1, qonaqların 2 futbolçusuna "sarı" verib.
Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasındakı ilk görüş iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-oyununa-teyinat-alan-referi-ucuncu-defe-bakiya-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR