Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:29 22 İyul 2017
24 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuat Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, KİVDF-nin fəaliyyətindən, təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrindən bəhs edən Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, son müsabiqəyə 69 KİV-dən 147 yazı təqdim edilib.

 

V. Səfərli 19 istiqamət üzrə qalib olan jurnalistlərə mükafatların təqdim ediləcəyini nəzərə çatdırıb. Jurnalistlərə dövlət qayğısından danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin siyasətinin əsasında xalqın və dövlətin maraqlarının durduğunu vurğulayıb.

 

Daha sonra qaliblərə mükafatlar təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR