Azərbaycanlı şagirdlər Braziliyada keçirilən Riyaziyyat Olimpiadasında medal qazanıblar

Azərbaycanlı şagirdlər Braziliyada keçirilən Riyaziyyat Olimpiadasında medal qazanıblar
14:37 22 İyul 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ Braziliyada 58-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, iyulun 12-dən 22-dək davam edən və 112 ölkədən 600-dən çox şagirdin iştirak etdiyi olimpiadada azərbaycanlı məktəblilər uğur qazanıblar.  
Nazirlikdən bildirilib ki, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin IX sinif şagirdləri Ramil Cəbiyev, Anar Rzayev, X sinif şagirdi Anar Abbaslı, Gəncə şəhər 26 nömrəli tam orta məktəbin eksperimental pilot sinfinin XI sinif şagirdi Mirəli Əhmədli bürünc medal əldə ediblər. 
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Murad Ağazadə və akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Emil Qasımov olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.
Qeyd edək ki, bu, 2011-ci ildən sonra Beynəlxalq Riyaziyyat Olimpiadasında qazanılan ən yaxşı nəticədir.
Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanli-sagirdler-braziliyada-kecirilen-riyaziyyat-olimpiadasinda-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR