Türk model: "Ronaldo məni Madridə çağırdı, getmədim" - FOTOLAR

Türk model: "Ronaldo məni Madridə çağırdı, getmədim" -   FOTOLAR
14:37 22 İyul 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış türk model Cansu Taşkın sosial mediada şəkillərini bəyənib, onunla görüşmək istəyən Kriştiano Ronaldodan danışıb. Fanat.Az xəbər verir ki, model portuqaliyalı ulduzla görüşdən imtina etdiyini bildirib: 


"Ronaldo ilə görüşmürük, onsuz da həyatında biri var. Məni bir dəfə Madridə, bir dəfə də Londona dəvət etmişdi. Amma getmədim. Çünki bunun gələcəyi yoxdur. Bir dəfə görüşəcəyim adamla münasibətim olmaz. Davamlı olsaydı, gedərdim".


Cansu aldığı əxlaqsız təkliflərdən də danışıb: "Mənə əxlaqsız təkliflər edənlər çoxdu, pul da təklif edirlər. Evli olanlar belə məni istəyir, iş adamları yazır. Telefonum itsə, Türkiyədə yer-yerindən oynayar. Məni ən çox təəccübləndirən təklif qapıma göndərilən son model, nömrə seriyası adamın baş hərfləri olan trilyonluq maşın avtobil olub. Təbii ki, geri göndərdim, qəbul etmədim. Evli bir iş adamı mənimlə bir axşam yeməyi üçün 200 min dollar təklif etdi. Sevgi ilə işi bir arada davam etdirə bilmirəm. Bu səbəbdən karyerama köklənmişəm. 3 ildir ciddi bir münasibətim yoxdur. İnam problemi yaşayıram. Bəkarət mənim üçün öqnəmlidir. Evlənmədən əsla olmaz. Bəzi şeylər həyatda bir dəfə yaşanmalıdır".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-model-quotronaldo-mni-madrid-card-getmdimquot-t59451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR