Argentina millisinin sabiq üzvü "Qəbələ" ilə oyunu buraxacaq

Argentina millisinin sabiq üzvü "Qəbələ" ilə oyunu buraxacaq
14:52 22 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos" təmsilçimizlə qarşılaşmanın hazırlığına sabahdan başlayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,komanda bu günü dincəlməklə keçirəcək.

Oyun gününə qədər hər gün oyunçularına məşq keçəcək baş məşqçi Marinos Ozunidisi bir oyunçunun durumu narahat edir. Belə ki, argentinalı yarımmüdafiəçi Lukas Villafanez zədə ucbatından kollektivdən ayrı qalıb. 26 yaşlı hücumameyilli futbolçu sabahkı məşqdə fərdi hazırlıqla kifayətlənəcək. Onun "Qəbələ" ilə ilk görüşə yetişməyəcəyi artıq dəqiqdi. Argentina gənclər millisinin sabiq üzvü hətta Bakıdakı cavab oyununu da buraxa bilər.

Qeyd edək ki, "Panatinakos"la "Qəbələ" arasında ilk matç iyulun 27-də Afinada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR