“Onlar yenidən qəbul imtahanı verəcəklər” – DİM-dən açıqlama

“Onlar yenidən qəbul imtahanı verəcəklər” – DİM-dən açıqlama
15:04 22 İyul 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi yanğın hadisəsi baş vermiş Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanının taleyi ilə bağlı məlumat yayıb. Mərkəzdən Lent.az-a verilən məlumatda bildirilir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub.

“Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün  üçün imkan yaradılacaqdır” – deyə məlumatda bildirilir.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR