"Aqrolizinq"in texnikasını sığortalayacaq şirkətlərdən biri məlum olub

"Aqrolizinq"in texnikasını sığortalayacaq şirkətlərdən biri məlum olub
15:27 22 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyul. REPORT.AZ/ "Aqrolizinq" ASC-nin kənd təsərrüfatı texnikasının sığortalanması xidmətinin alınmasına dair keçirdiyi açıq tenderin qalibi məlum olub.
"Report" dövrü mətbuata istinadən xəbər xəbərə görə, iki lot üzrə keçirilən tenderdə lot-1 üzrə "PAŞA Sığorta" ASC qalib olub.
Xatırladaq ki, "Aqrolizinq" ASC mayın 15-də lot-1 üzrə traktor və özüyeriyən kənd texnikasının sığortalanması, lot-2 üzrə isə pambıqyığan kombaynların sığortalanmasına dair açıq tender elan etmişdir.
Qeyd edək ki, lot-1 üzrə iştirak haqqı 500 manat, lot-2 üzrə isə 300 manat olub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/aqrolizinq-in-texnikasini-sigortalayacaq-sirketlerden-biri-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR