Süfrə arxasında bu 6 şeyi ƏSLA ETMƏYİN: “Nuş olsun” demək olmaz

Süfrə arxasında bu 6 şeyi ƏSLA ETMƏYİN: “Nuş olsun” demək olmaz
15:33 22 İyul 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Artıq yaydır. Bu isə o deməkdir ki, çox zamanımızı dost süfrələri arxasında, qonaqlıq məclislərində keçirəcəyik. Bilməyimiz gərəkən bir sıra süfrə etiketi var ki, indiyədək çoxunu səhv etmişik.

Publika.az düzgün süfrə etiketi qaydalarını təqdim edir:

1. Şorbanı sonadək yeməyin

Şorba yeyərkən çalışın boşqabın dibində 1 qaşıq da olsa saxlayasınız. Çünki maye xörəkləri son milliqramınadək yemək süfrə etikasına ziddir.

2. Salfeti düzgün qatlayın

Yeməyi bitirəndə salfetlə əlinizi və ağzınızı sildikdən sonra, onu büküb boşqabın içərisinə qoymayın. İkiqat qatlayıb, boşqabınızın sol tərəfinə qoyun. Bu sizin yeməyi bitirməyinizə işarədir.

3. Qonaqları süfrə arxasında düzgün yerləşdirin

Ən sevimli və əziz qonaqlar adətən ev sahiblərinin yanında əyləşməlidir.

4. “Nuş olsun” deməyin

Fransızlar öz qonaqlarına heç vaxt “Nuş olsun” demirlər. Çünki bu sözün mənası “yeməyi rahat həzm edin” deməkdir. Bunun əvəzinə “təamlardan zövq alın”, “qonaq olun”, “ümid edirik ki, ağız dadınıza uyğun olacaq” və s. kimi müraciət edirlər. Siz də, sınayın.

5. Oturaq halda əl sıxışmayın

Məclisə gec qatılan dost, tanışlar təşrif buyuranda və ya kimsə sizinlə tanış olmaq istəyəndə, yemək yesəniz belə qalxıb, əl sıxışın. Oturarkən salam vermək süfrə etiketinə uyğun deyil.

6. Öpüşüb-görüşmək adəti

Avropada insanlar adətən 2 və ya 3 dəfə öpüşüb görüşürlər. Odur ki, qonaq olduğunuz ailənin qaydalarına uyğun görüşün ki, qarşınızdakı insanı pis vəziyyətə qoymayasınız.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/207140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR