Göyçayda iki avtobus yandı

Göyçayda iki avtobus yandı
15:57 22 İyul 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 2:00 radələrində Göyçay şəhərindəki "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində baş verib.

Rayon sakinlərinə məxsus "PAZ" markalı iki sərnişin avtobusunun mühərrik yeri və salonu tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib, təhlükənin qarşısı alınıb.
 
Şəhərin mərkəzində yerləşən "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində baş verən yanğın söndürülüb və ətrafdakı avtobuslar, inzibati bina, ticarət mərkəzi, evlər, irigövdəli ağaclar yanğından mühafizə edilib. Polis əməkdaşları hadisə yerinə və təhlükəsizlik kamerası vasitəsilə yanğının baş vermə anına baxıblar. Faktla bağlı araşdırma aparılır.
 
 
Məlumata görə, yanan avtobuslar bir neçə vaxtdır ki, qarajda istifadəsiz qalıb. Sərnişin daşınmada istifadə edilməyən bu avtobusların gecə saatlarında qəflətən hansı səbəbdən yandığı məlum deyil. Avtobusların yandırıldığı ehtimal olunur. Bildirilir ki, bir həftə öncə gecə saatlarında bu avtobusların yanında dayanmış "Mercedes" markalı sərnişin avtobusu da naməlum səbəbdən yanaraq yararsız hala düşüb.  
 
 
Qeyd edək ki, əraziyə nəzarət edən gecə növbətçisi polis əməkdaşlarına izahatında havanın qaranlıq olduğu üçün yanğın vaxtı ərazidə heç kimi görə bilmədiyini və yanğının avtobusun mühərrikindəki nasazlıq səbəbindən baş verə biləcəyini deyib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/565795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR