Uşaqlar zəlzələyə görə gecə küçədə yatdılar - FOTO - VİDEO

Uşaqlar zəlzələyə görə gecə küçədə yatdılar - FOTO - VİDEO
16:22 22 İyul 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

İki gün əvvəl Egey dənizində güclü zəlzələ olub.

Milli.Az "Mirror"a istinadla bildirir ki, zəlzələ Yunanıstanda və Türkiyədə hiss edilib.

Zəlzələnin gücü 6,7 bal olub. Yeraltı təkanların episentri Kos adasından 16,2 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yunanıstanda Kos adasında zəlzələ nəticəsində 2 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.

Türkiyədə zəlzələdən sonra 70-ə yaxın insan xəstəxanaya müraciət edib. Zəlzələ nəticəsində Bodrumda kiçik sunami yaranıb. Turistlər dənizi tərk etmək məcburiyyətində qalıblar. 

Ötən gecə uşaqlar yenidən zəlzələ olma ehtimalına qarşı küçədə yatmağa məcbur ediliblər.

Milli.Az hadisə zamanı çəkilən video və fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Uşaqlar zəlzələyə görə gecə küçədə yatdılar


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/565641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR