Bukmeker kantorlarında udulmuş ən böyük məbləğlər

Bukmeker kantorlarında udulmuş ən böyük məbləğlər
16:57 22 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bukmeker kontorları daim insanları gözlənilmədən varlanmaq imkanları ilə cəlb edirlər: “Etmək lazım olan yeganə şey isə uğurlu yatırım etməkdir”. Düzdür bukmekerlərin bu işdə yatırım edənlərdən bir addım öndə olmaqlarına baxmayaraq, nəhəng uduş halları da istisna deyil.


* Ginnesin Rekordlar Kitabında ingilis qadın Ketrin Asvortun uğuru qeydə alınmışdır. Uğur ona 1929-cu ildə nəsib olur: O at yarışına 10 sent yatırır, qaçışlarda qalib gələn bütün atları düzgün təxmin edir və 341 funt sterlinq, yəni yatırdığı məbləğdən 3410 dəfə çox pul əldə edir.


* 1984-cü ildə isə qumar oyunları həvəskarı olan ingilis Edvard Hodson at yarışına 55 pens yatırır. Bu zaman onun qalib gəlmək şansı  3 956 748-in 1-ə idi. Heç kimin gözləmədiyi bir anda məhz onun atı qalib gəlir. Uduş isə 2 milyon funtdan çox idi. Lakin Hodsona milyonçu olmaq nəsib olmur. Belə ki, onun qalib gəldiyi kontorda uduş məbləğinə limit var idi və bu məbləğ 3 000 funt idi. Bəzən xırda həriflə yazılanları oxumaqda fayda var.


* Yunanıstan vətəndaşlarından biri öz yığma komandasına fanatik bağlılığı nəticəsində böyük sərvət əldə edir. 2004-cü ildə Avropa çempionatının əvvəlində yunan komandasının turnirdə qələbəsinə 7 330 dollar yatırır. Yığma komandanın dörddə bir finala çıxmasından sonra yenə 14 600 dollar yatırım edir. Yunanıstanın çempionatda qalib gəlməsi futbol azarkeşinə 607 min dollar qazandırır.


* 2002-ci ildə Solt-Leyk Sitidə Olimpiya oyunları zamanı bir şəxs Belorusiyanın qələbəsinə 35 Abş dolları yatırır. Bukmekerlər Belorusiyanın qələbəsini lazımınca qiymətləndirməmiş və yatırımları 30-un 1-ə olaraq qəbul edirdilər. Lakin möcüzələr baş verir və azarkeşin qazandığı uduş məbləği 1050 dollar təşkil edir.


Mənbə: bizplus.az





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bukmeker-kantorlarnda-udulmu-n-boyuk-mbllr-t59454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR