"Liverpul" heyətə şotland müdafiəçi cəlb etdi

"Liverpul" heyətə şotland müdafiəçi cəlb etdi
17:12 22 İyul 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Hall Siti"nin gənc müdafiəçisi Endryu Robertson karyerasını "Liverpul"da davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu iyulun 21-də tibbi müayinədən keçərək "qırmızılar"la müqavilə imzalayıb. Onun transferi "mersesaydlılar"a 10 milyon funta başa gəlib.

Ötən mövsüm şotlandiyalı müdafiəçi "pələnglər"in heyətində 33 oyuna çıxaraq 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı. Robertson Məhəmməd Salahdan sonra "Liverpool"un bu yay 2-ci rəsmi transferidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR