Bakıdan Şabrana istirahətə gedən ailənin avtomobili qəzaya uğrayıb, 3-ü uşaq olmaqla 6 nəfər ağır xəsarət alıb

Bakıdan Şabrana istirahətə gedən ailənin avtomobili qəzaya uğrayıb, 3-ü uşaq olmaqla 6 nəfər ağır xəsarət alıb
17:22 22 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran. 22 iyul. REPORT.AZ/ Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. 
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb. 
Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu 10-UN-680 avtomobil qəzaya uğrayıb.
Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Mərkəzi Rayon Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanların adları hələlik məlum deyil. 
Xəstəxanalardan bildirilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakidan-sabrana-istirahete-eden-ailenin-avtomobili-qezaya-ugrayib-3-usaq-olmaqla-6-nefer-agir-xesar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR