Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırış etdi

Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırış etdi
17:47 8 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun amerkalı həmsədri Ceymus Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həllinə sadiq qalmağa çağırıb.

C.Uorlik Trend-in 2015-ci ilin atəşkəsin daha intensiv pozulması ilə başlanmasına dair sorğusuna cavab olaraq bildirib ki, həmsədrlər münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün tərəflərlə yüksək səviyyədə işi davam etdirəcək.

Həmsədr, həmçinin deyib ki, sülh sazişinin əldə olunması istiqamətində danışıqların aparılması və qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədlərində insidentlərin baş vermə ehtimalını azaldacaq tədbirlərin görülməsi gərginliyin azalmasına səbəb olacaq: “Biz tərəfləri bu cür təklifləri ciddi şəkildə nəzərə almağa çağırırıq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR